ONN İnformasiya Agentliyi

Bu il hansı bürcün bəxti gətirəcək?

Bu il hansı bürcün bəxti gətirəcək?
01 Yanvar 2022 - 15:22

Bu il hansı bürcdən olan insanların bəxti gətirəcək və il üçün ən yaxşı hədəf nədir?

ONN media xəbər verir ki, bu barədə astroloqlar Rusiya mediasına danışıblar.

Astroloq Eleonora Qinzburq və Liliya Lyubimova bildiriblər ki, bu il şəxsi nailiyyətlərə və karyeraya diqqət yetirmək ən yaxşı seçimdir.

“Mən şəxsi nailiyyətlərə köklənməyi məsləhət görərdim. Çünki Şir – aktiv ildir, ilk növbədə şəxsi keyfiyyətlərin inkişafı, şəxsi nailiyyətlər ilə bağlıdır. Bu il – karyera qurmaq, iş yerini dəyişmək, daha yüksək vəzifə tutmaq, öz biznesini yaratmaq istəyənlərin ilidir”, – Lyubimova deyib.

Onun sözlərinə görə, bu il Balıq, Xərçəng və Əqrəb bürcündən olanlar üçün uğurludur, Qız, Oxatan və Əkizlər bürcü üçün bir az çətin il ola bilər.

“Bu il Oğlaq üçün də düşərlidir – peşəkar yüksəliş, karyera ilə bağlı arzular gerçəkləşə bilər”, – Qinzburq bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png