ONN İnformasiya Agentliyi

Bu, məktəb infrastrukturunu yaxşılaşdıracaq – Emin Əmrullayev

Bu, məktəb infrastrukturunu yaxşılaşdıracaq – Emin Əmrullayev
02 Dekabr 2021 - 13:49

4400-dən artıq məktəb var və son 10 il ərzində bu məktəblərin 3500-ə qədəri yararlı vəziyyətə gətirilib. Hər il həm Təhsil Nazirliyi, həm də Heydər Əliyev Fondu tərəfindən məktəblərin bərpası, tikintisi və təmiri prosesi həyata keçirilir. Rəqəmlərdən göründüyü kimi, yararsız olan məktəblər var və bunlardan xəbərdarıq.

ONN media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, istifadəyə yararsız məktəblərin təmiri növbəli və prioritetlik əsasında, coğrafi paylanmanı nəzərə almaqla həyata keçiriləcək.

Nazir qeyd edib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə yeni məktəblərin tikintisi davam etdirilir: “Hesab edirəm ki, bu məktəblər şəhərdə olan insan yükünü azaltmağa, məcburi köçkün məktəblərinin geri qaytarılması prosesinə, məktəb infrastrukturunun daha da yaxşılaşdırılmasına xidmət edəcək”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png