ONN İnformasiya Agentliyi

Bu məktəbdə şagirdlər hər ay 100 dollar təqaüd alacaqlar

Bu məktəbdə şagirdlər hər ay 100 dollar təqaüd alacaqlar
26 May 2021 - 23:22

Yeni dərs ilindən Daşkənd məktəblərində təhsil alan əlaçı şagirdlər hər ay 500 min sum (50 dollar), müəllimlər isə 100 min sum (100 dollar) təqaüd alacaqlar.

ONN media  xəbər verir ki, bu haqda Daşkənd şəhərinin rəhbəri Cahangir Artıqxocayev gənclərlə görüşündə bildirib.

O deyib ki, paytaxt məktəblərinin hər birində riyaziyyat, fizika, biologiya, kimya və xarici dillər üzrə ən yaxşı 5 şagird seçiləcək, onlar və müəllimləri təqaüd alacaqlar.

C. Artıqxocayev bildirib ki, bu üsul şagirdlərdə həmin fənlərə marağın kəskin artmasına səbəb olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png