ONN İnformasiya Agentliyi

Bu üç problemdən qurtulmağın ən qısa üsulları

Bu üç problemdən qurtulmağın ən qısa üsulları
10 Mart 2022 - 23:36

Cilddə bəzən gözlənilməz problemlər yaranır. Ad gününə yaxın üzdə sızanaq çıxması, səhər qatılmalı olduğunuz tədbirdən əvvəl qurumuş və çatlamış dodaqlar motivasiyanızın aşağı düşməsinə və narahatlığa səbəb ola bilər.

ONN media qısa vaxt ərzində bəzi dəri və saç problemlərinə müsbət təsir edəcək üsulları təqdim edir.

1. Sızanaqlar üçün

Təzə aloe vera gelini buz qablarına doldurub dondurun. Həmin buz parçaları ilə sızanaq olan bölgənin üzərində saxlayaraq azca masaj edin. Bu şişkinliyi və iltihabı azaldacaq, tez bir zamanda ondan qurtulmağınıza yardımçı olacaq.

2. Saç tökülməsinə qarşı

Saçınızı yumzadan əvvəl badam yağı çəkib, 15 dəqiqə gözləyin. Daha sonra təmiz şəkildə yuyun. Qısa müddətdə saç tökülməsi problemindən qurtulduğunuzu müşahidə edəcəksiniz. 

3. Çatlayan dodaqlar üçün

Dodaq ölçünüzdə parça götürün və onu südə batıraraq onların üstünə qoyub 5 dəqiqə gözləyin. Bu prosedur dodaqlarınızı nəmləndircək və canlandıracaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png