ONN İnformasiya Agentliyi

Bu universitetdə bir günlük tələbə ola bilərsiz

Bu universitetdə bir günlük tələbə ola bilərsiz
03 May 2021 - 12:21

Qərbi Kaspi universiteti abituriyentlərə bir günlük tələbə olmaq şansı yaradır.

ONN media  xəbər verir ki. bu barədə universitet elan yayıb.

Elanda deyilir:

• Siz hələ də Universitet seçimində tərəddüd edirsiniz…?

• Gələcəkdə hansı sənətin sahibi olum deyə düşünürsünüz… ?

• Universitetində mühazirə və seminar məşğələlərində iştirak etmək istəyirsiniz?…

Əziz abituryentlər, sizi Qərbi Kaspi Universitetində bir günlük tələbə olmağa dəvət edirik!

Bir gün ərzində özünüzü tələbə kimi hiss edərək Universitet abu-havası ilə yaxından tanış olacaq, tədris olunan ixtisaslar haqqında geniş məlumatlar əldə edəcək, mühazirə və seminar məşğələlərində iştirak etmək şansı qazanacaqsınız.

Qeydiyyat:

1. Proqramla yaxından tanış olduqdan sonra qeydiyyat formasını doldurmaq lazımdır.

(Formanı doldurduqdan sonra siz dərs cədvəlinə daxil ola biləcəksiniz. Seçdiyiniz fənnin keçirələcəyi tarixdə (gün,saat) link vasitəsilə dərslərdə iştirak edə biləcəksiniz.

2. Proqramın başlanğıc tarixi 3 may 2021-ci il.

Əlaqə nömrələri:

(+994 12) 492 74 18

(+994) 55 263 59 77.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png