ONN İnformasiya Agentliyi

Cennifer Lopes ayrıldığı nişanlısı ilə yenidən birlikdə

Cennifer Lopes ayrıldığı nişanlısı ilə yenidən birlikdə
04 May 2021 - 14:41

Cennifer Lopeslə keçmiş nişanlısı Ben Aflekin yenidən görüşməyə başladığı iddia olunur.

ONN media  xəbər verir ki, ulduzun bir neçə dəfə məşhur aktyorla görüntüləndiyi deyilir.

Paparassilər aktyoru dünən Lopesin ağ rəngli “Escalade” avtomobilindən ayrılarkən lentə alıb. Mənbələrin sözlərinə görə, Aflek bir həftə ərzində Cenniferlə 3 dəfə görüşüb.

Xatırladaq ki, Cennifer Lopes və Ben Aflek 2002-2004-cü illərdə sevgili olub. Cütlük hətta evlənməyə hazırlaşırdı, amma ulduzlar təyin olunmuş tarixdən bir neçə gün əvvəl toyu ləğv etmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png