ONN İnformasiya Agentliyi

Cildi yeniliyən alma maskası

Cildi yeniliyən alma maskası
31 Mart 2022 - 12:04

Sağlamlıq üçün bir çox faydası olan alma gözəllik baxımından da cildə müsbət təsir edir.

Yaşlanma əlamətlərini aradan qaldıran almanın tərkibindəki dəmir solğun cildi daha parlaq edir. Dəridə yaranan qıcıqlanma, qızartı, sızanaq kimi problemləri aradan qaldırır, ölü dəri hüceyrələrini təmizləyir.

Alma maskası:

2 xörək qaşığı alma püresi 

1 xörək qaşığı üyüdülmüş yulaf

1 çay qaşığı bal

2 çay qaşığı limon suyu

Ləvazimatları qarışdırıb üzünüzə və boynunuza çəkin. 10 dəqiqə gözlədikdən sonra masaj edərək yuyub təmizləyin. Sonda mütləq nəmləndirici kremdən istifadə edin.

Dərisi həssas olan şəxslərin limon suyundan istifadə etməməsi məsləhətdir.(AXSAM.AZ)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png