ONN İnformasiya Agentliyi

Çin istehsalı olan qarabaşağı necə ayırd edək?

Çin istehsalı olan qarabaşağı necə ayırd edək?
10 Mart 2021 - 2:55

Qarabaşaq (el arasında daha çox “qreçka” kimi tanınır) lif, mineral və vitaminlərlə zəngin olan faydalı və müalicəvi yarmadır.

Həkim və diyetoloqalar bu yarmanı uşaqlar, yaşlılar və müxtəlif xəstəlikləri olan insanların qidalanmasına tez-tez daxil edirlər.

Lakin son vaxtlar qarabaşağı xoşlayan bir çox insanların müşahidələrinə görə, yarmanın dadı xeyli dəyişilib, yarma acı və dadsız olub. Əvvəlki dadlı qarabaşaq axtarırsınızsa, bu məlumat sizin üçündür.

Acı və dadsız qarabaşaq əsasən Çində istehsal olunan yarmadır. Çində qarabaşaq dəmləmə (çay) şəklində içilir və ya əriştənin hazırlanması üçün istifadə olunur.

Bəs Çin istehsalı olan qarabaşağı necə ayırd etmək olar?  Çində istehsal olunan qarabaşaq daha xırda və yumru olur, biz öyrəşdiyimiz qarabaşaq isə daha iridir və sivri formaya malikdir.

Bundan əlavə Çin qarabaşağı 2 dəfə qızardılır və bu səbəbdən onun daha rəngi tünddür.

Həmçinin Çin qarabaşağı daha ucuzdur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png