ONN İnformasiya Agentliyi

Dərini qocaldan qidalar

Dərini qocaldan qidalar
06 May 2022 - 0:14

Dəriyə mənfi təsir edən səbəblərdən biri də düzgün qidalanmamaqdır. Yanlış və qeyri-sağlam pəhriz dərinizin sağlamlığını zədələyə bilər.

Plastik şüşələrdə satılan sulardan içmək

Plastik şüşələrdə tapılan BPA (Bisphenol A), bədəndə hormonal dəri problemlərinə səbəb olan sintetik estrogendir. Estrogenin səviyyəsinin artması sızanaqların və cildin yağlılıq dərəcəsinin çoxalmasına səbəb olur.

Qəhvə

Qəhvə dəriniz də daxil olmaqla, vücudunuzdakı bütün nəmi xaric edən sidikqovucudur. Bu, isə cildin nəmləndirməsini azaldaraq, onun qurumasına, çatlamasına və qırışların yaranmasına yol açır. Üzünüzdəki parlaqlığın itməsini istəmirsinizsə, qəhvəni bir stəkan su ilə əvəz edin.

Spirtli içki

Alkoqollu içkilər dərini korlayan başqa bir amildir. Spirtli içkilər də cilddəki su balansını pozaraq onun tez qocalmasına yol açır.

Ağ düyü

Qlisemik indeksi və şəkər tərkibi baxımından kalorilidir. Məhz bu şəkər dərinin iltihablanmasına səbəb olur.

Duz

Dərinin su balansını azaldan qidalardan biri də duzdur. Duz cildi qurudur və vaxtından əvvəl qocalmanı sürətləndirir.

Emal edilmiş ət

Hər hansı prosedurdan keçirilərək satışa buraxılan ətin tərkibində natrium və yağın miqdarı çox yüksəkdir. Əlavə natrium bədəndə suyun saxlanılmasına səbəb olur ki, bu da üzdə şişkinlik yaradır. Həmçinin, natrium nitratlar kollagenin və elastikliyin pozulmasına, erkən yaşlanmaya səbəb olur.

Ədviyyat

Xüsusən mövcud dəri problemləriniz varsa, ədviyyatlı qidalardan uzaq durun. Ədviyyat cildi qıcıqlandırır, qızartıların və səpkilərin yaranmasına səbəb olur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png