ONN İnformasiya Agentliyi

Daha 4 məktəb koronavirusa görə bağlandı

Daha 4 məktəb koronavirusa görə bağlandı
12 Aprel 2021 - 15:15

Ağdaşda daha dörd orta məktəb distant təhsilə cəlb olunub.

ONN media bildirir ki, rayonun Aşağı Nemətabad, Orta Ləki, Qəsl və Qülbəndə kənd tam orta məktəblərinin hər birində 1 müəllimdə COVİD-19 testinin cavabı pozitiv çıxıb.

Bu səsəbdən Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dərs prosesi distant təhsilə keçirilməsinə qərar verilib. Məktəb rəhbəliyi tərəfindən şagird və valideynlər xəbərdar edilib. Hazırda adı çəkilən məktəblərdə dərslər distant şəkildə davam etdirilir.

Bu gün səhər saatlarından etibarən Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hər dörd məktəbin girişi və daxilində bütün otaqlar, idman zalları dezinfeksiya edilir.

Qeyd edək ki, 2020-2021 ci tədris ili üzrə rayonun təhsil müəssisələrində 45 şagird və 20 müəllim COVİD-19 infeksiyasına yoluxub. (report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png