Daha bir məktəb koronavirusa görə BAĞLANDI

Biləsuvar şəhər 1 saylı tam orta məktəbdə koronavirusa yoluxma aşkarlanıb.

ONN media  xəbər verir ki, məktəbin iki müəllimində koronavirusa yoluxma halı aşkarlanıb.

Orta məktəb bu səbəbdən distant təhsilə keçib.

Qeyd edək ki, bu təhsil ocağı koronavirusa yoluxma halının aşkarlanması ilə bağlı Biləsuvarda fəaliyyətini dayandıran ilk məktəbdir. / “Report”