Deputat Ərdoğanın Şuşa səfərindən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya səfər edəcək ilk xarici dövlət başçısı olacaq.

ONN media xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Aydın Mirzəzadə deyib.

Deputat Türkiyə liderinin səfərinin əhəmiyyətini yüksək qiymətləndirib:

“Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, xüsusilə işğaldan azad edilmiş Şuşaya səfəri iki dövlət arasındakı dostluq, qardaşlıq münasibətlərinin inkişafı baxımından önəmlidir. O, ilk xarici dövlət başçısı olacaq ki, Azərbaycanın ikinci paytaxtı, mədəniyyət paytaxtı olan Şuşaya səfər edəcək”.