ONN İnformasiya Agentliyi

Deqati Kəlbəcərdə çəkiliş apardı – FOTOLAR

Deqati Kəlbəcərdə çəkiliş apardı – FOTOLAR
02 Fevral 2021 - 13:28

Dünya şöhrətli azərbaycanlı fotoqraf Reza Deqati Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş əzəli torpaqlarımızda gördüklərini lentə alır. Tanınmış soydaşımız viran qalmış yurd yerlərimizdə, dağıdılmış şəhər və kəndlərdə erməni vəhşiliklərinin izlərini dünyaya çatdırmaq üçün Azərbaycanda növbəti səfərdədir. R.Deqati artıq işğaldan azad olunan bir neçə rayonda olaraq oradakı mədəni və ekoloji terroru lentə alıb və dünya mətbuatında işıqlandıra bilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, tanınmış fotoqraf budəfəki səfərində Kəlbəcər Rayon Polis Şöbəsinin qonağı olub.

O, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən görülən işləri yaxından müşahidə edə bilib.

R.Deqati daxili işlər orqanları əməkdaşlarının xidməti fəaliyyətini yerinə yetirməsinin onda xoş təəssürat yaratdığını bildirib, bir neçə foto və video hazırlayıb, polis əməkdaşlarının xidməti şəraiti ilə yerində tanış olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Deqati Kəlbəcərdə çəkiliş apardı – FOTOLAR
Deqati Kəlbəcərdə çəkiliş apardı – FOTOLAR
Deqati Kəlbəcərdə çəkiliş apardı – FOTOLAR
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png