ONN İnformasiya Agentliyi

DYP REYD KEÇİRDİ: 15 sürücü cərimələndi

DYP REYD KEÇİRDİ: 15 sürücü cərimələndi
13 Aprel 2021 - 16:29

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin tədbirlər planına uyğun olaraq COVID-19 virusunun yayılma təhlükəsi ilə əlaqədar tətbiq olunan karantin rejimi qaydalarını pozan avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı aprelin 13-də Ağsu rayonunda növbəti reyd keçirilib.

ONN media  xəbər verir ki, reyd zamanı 30-a yaxın avtonəqliyyat vasitəsi saxlanılıb, onlardan 15-nin sürücüsü karantin rejimi qaydalarını pozduqları üçün İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnib.

Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları, habelə taksi, eləcə də iritutumlu avtobus sürücüləri ilə profilaktik söhbətlər aparıb, tibbi maskadan istifadə etməyən sərnişinlərə və sürücülərə xəbərdarlıq olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png