ONN İnformasiya Agentliyi

Elm adamları: Bu tarixdə Yer kürəsində yaşamaq OLMAYACAQ

Elm adamları: Bu tarixdə Yer kürəsində yaşamaq OLMAYACAQ
29 Sentyabr 2021 - 12:04

Qlobal istiləşmə nəticəsində Yer kürəsinin beş yüz il ərzində yaşamaq mümkün olmayan bir yerə çevrilməsi ehtimal olunur.

ONN media xəbər verir ki, belə bir qənaətə kanadalı və ingilis alimlərinin Uiley onlayn-kitabxanasında dərc etdikləri məqalədə qeyd olunub. 

Tədqiqatçılar BMT-nin iqlim strategiyası sənədinə diqqət çəkərək qlobal orta temperatur artımına qarşı səylərini təcili olaraq artırmağa çağırış  ediblər. Alimlərin fikrincə, uzunmüddətli risklər səhvən BMT-də nəzərə alınmır.
Mütəxəssislər planetdəki dəyişikliklərin üç modelini təqdim ediblər. Ən pis olanı isə dövlətlərin sərhədlərinin yerdəyişməsi və ya hətta bir növ olaraq insanın yox olma təhlükəsidir.

“Qlobal istiləşmə dayandırılmasa, beş yüz ildən sonra Yer o qədər dəyişəcək ki, biz tarixi və coğrafi köklü mədəniyyətlərimizi yaşamaq və qorumaq üçün mübarizə aparmalı olacağıq” – tədqiqatçılarının məqaləsinədə deyilir.

Bu nəzəriyyəyə görə, Yerin bir hissəsi istiləşmə səbəbindən yaşayış üçün əlverişsiz hala gələcək və buğda və kartof da daxil olmaqla bir sıra məhsullar münbit torpaq olmaması səbəbindən qıt olacaq.

Elm adamları qlobal səviyyədə iqlim strategiyalarının daha diqqətli planlaşdırılmasına və fəlakətin qarşısını almaq üçün qüvvələrin birləşməsinə ehtiyac olduğunu qeyd ediblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png