ONN İnformasiya Agentliyi

Elon Mask 100 milyon dollarlıq yarışmanın əsas şərtini açıqladı

Elon Mask 100 milyon dollarlıq yarışmanın əsas şərtini açıqladı
23 Aprel 2021 - 15:42

“Tesla” və “SpaceX”in CEO-su Elon Mask ötən aylarda iqlim böhranına qarşı yarışa start verib. 100 milyon dollar pul mükafatı qoyulan yarışma ilə bağlı yeni detallar bəlli olub.

ONN media  xəbər verir ki, yarışmanın əsas şərti karbonu ən az 100 il saxlayacaq bir plan olmasıdır.

“Həm xərci, həm də miqyası müzakirə edilməlidir. Sözügedən layihə kifayət qədər karbonun əldə edilməsinə imkan verəcəkmi və bunu maddi baxımdan qarşılaya bilərikmi? Bunlar vacib olan iki şeydir”, – deyə Mask söyləyib.

Qeyd edək ki, karbon saxlama sistemi iqlim dəyişikliyinin qarşısını alımaq üçün böyük enerji müəssisələrindən və elektrik stansiyalarından karbonu tutub sıxaraq bunu havaya buraxmaq əvəzinə yer altına ötürməkdir. Layihə uğurlu alınarsa, Paris İqlim Razılaşmasında nəzərdə tutulan karbon miqdarının azaldılması ilə bağlı əhəmiyyətli addım atılmış olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png