ONN İnformasiya Agentliyi

Emin Mahmudov rekorda imza atdı

Emin Mahmudov rekorda imza atdı
13 Oktyabr 2021 - 15:35

DÇ-2022-nin seçmə mərhələsində keçirilən Serbiya – Azərbaycan (3:1) matçı millimizin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub. 

ONN media  xəbər verir ki, yarımmüdafiəçi seçmə mərhələdə ikinci dəfə Serbiyanın qapısına yol taparaq yığmanın heyətində beşinci qolunu vurub. 

“Neftçi”nin kapitanı bir təqvim ilində millinin heyətində ən çox qol vuran futbolçu kimi rekorda imza atıb. O həmçinin bir seçmə mərhələ ərzində ən çox fərqlənən oyunçu adına yiyələnib – dörd qol.

Qeyd edək ki, Emin Mahmudov cari seçmə mərhələdə Serbiyaya iki (Bakı və Belqradda), Lüksemburq və İrlandiyaya bir qol vurub. Həmçinin o, mayda Türkiyə ilə yoxlama matçında da fərqlənməyi bacarıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png