ONN İnformasiya Agentliyi

Ermənistanda vəzifəli şəxslər həbs edildi – BU SƏBƏBDƏN

Ermənistanda vəzifəli şəxslər həbs edildi – BU SƏBƏBDƏN
11 May 2021 - 22:54

Ermənistanın paytaxtı Yerevanın Kentron Rayon İcra Hakimiyyəti başçısının müavini Armen Azizyan və icra hakimiyyətinin şöbə müdiri Manvel Marqaryan həbs ediliblər.

ONN media xəbər verir ki, həbslərə səbəb hər iki vəzifəli şəxsin davada iştirakıdır.

Ermənistanın Baş Prokurorluğunun İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib ki, Armen Azizyan Cinayət Məcəlləsinin 309-cu maddəsinə (vəzifə səlahiyyətlərinin aşılması, silah və ya xüsusi vasitələrdən istifadə ilə əlaqəli zorakılıq) əsasən həbs edilib. Hadisənin digər iştirakçısı isə 258-ci maddə (xuliqanlıq, insan sağlamlığına orta ağırlıqlı xəsarət yetirmə) ilə saxlanılıb.

Xatırladaq ki, daha əvvəl yerli mətbuatda Armen Azizyanın tabeliyində olan şəxsi döyməsi barədə məlumat yayılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png