ONN İnformasiya Agentliyi

Evdə hazırlanan simit resepti

Evdə hazırlanan simit resepti
17 Fevral 2022 - 22:26

Tərkibi:
1 çay stəkanı ilıq süd
1 çay stəkanı ilıq su
125 qram kərə yağı
Yarım çay stəkanı duru yağ
1 yumurta
1 paket instant maya
1 şirin qaşığı duz
2 yemək qaşığı şəkər
Aldığı qədər un (yumşaq bir xəmir pıacaq)

üzəri üçün:
3 yemək qaşığı bəkməz (doşab)
3 yemək qaşığı su
qovrulmuş susam

Hazırlanması:
Kərəyağını əridib soyumağa qoyun.
Yoğurma kabımıza Süd, şəkər, duru yağ və maya qoyub əlimizlə qarışdırın. 5-6 dəqiqə gözlədib digər vəsaitləri əlavə edib yumşaq ələ yapışmayan bir xəmir əldə edirik 20 dəqiqə saxlayırıq. Xəmirdən naringi böyüklüyündə vəzilər qoparıb şəkil verib əvvəl bəkməzli qarışığa sonrada susama bulayıb yağlı kağız sərilmiş nimçəyə düzürük. Əvvəldən isidilmiş 200 dərəcə sobada üzəri qızarana qədər bişiririk.

Nuş olsun!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png