ONN İnformasiya Agentliyi

Filarmoniya bağında əyləncə məkanının fəaliyyəti dayandırıldı

Filarmoniya bağında əyləncə məkanının fəaliyyəti dayandırıldı
02 İyun 2022 - 18:53

Mədəniyyət Nazirliyi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində əyləncə mərkəzinin fəaliyyət göstərməsinə münasibət bildirib.

Nazirlikdən  verilən məlumatda deyilir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində bir müddət öncə fəaliyyətinə xitam verilən “UFFO” restoranında çəkilmiş videokadrlar mətbuatda geniş əks səda doğurub.

“Restoranda çəkilmiş videolar bir müddət öncə lentə alınıb və məlum hadisədən sonra müqaviləyə xitam verilərək həmin məkanın fəaliyyəti dayandırılıb, enerji təchizatı kəsilib. Filarmoniyanın rəhbərliyi tərəfindən həmin ərazidə asayişin qorunması məqsədilə hüquq mühafizə orqanlarına müraciət edilib və bununla bağlı lazımi tədbirlər görülərək ölçü götürülüb. Bildiririk ki, hazırda heç bir fəaliyyətdən söhbət belə gedə bilməz”, – məlumatda vurğulanır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png