Formula-1-in təqvimi dəyişdi
2021-ci il Formula-1 üzrə Azərbaycan Qran Prisi iyunun 4-6-da keçiriləcək.
ONN media xəbər verir ki, bu barədə Formula-1-in yenilənmiş təqvimində deyilir.
Yeni mövsüm martın 28-də Bəhreyndə başlayacaq. Ümumilikdə mövsüm 23 mərhələdən ibarət olacaq və dekabrın 12-də Birləşmiş Ərəb Əmirliklərində başa çatacaq.