ONN İnformasiya Agentliyi

Fransız mətbəxindən krep resepti

Fransız mətbəxindən krep resepti
29 Aprel 2022 - 1:19

Tərkibi:
100gr un
3 yumurta
175 ml süd
75 ml su
25 gr kərə yağı
1 cimdik duz

Hazırlanması:
1. Kərə yağını əritmək(gaynatmamag) və ilınmağını gözləmək.
2. Yumurtaların ağını sarısıdan ayırmag. Əvvəlcə ağları bərk köpük olanadək çalmax.
3. Yumurta sarılarının içinə duz,su və südü əlavə etmək, çəngəllə ya çırpıcı ilə biraz çalmax.
4. Bura un və əridilmiş yağı əlavə etmək. Bunları yaxşıca garışdırmag ki, un topları galmasın.
5. İndi isə möhkəm köpüyə çalınmış yumurta ağlarını məhlula gatmag. Ağları bir dəfəyə gatmayın, əvvəl 1gaşıg əkavə edin, tam məhkula garışanadək garışdırın, sonra isə galan ağları əlavə edin və ehtiyatla garışdırın. Ehtiyatla ona görə ki, köpük senməsin. Bu halda xəmiri 30 dəg saxlamag lazımdır.
6. Tavanı yaxşıca isidin, 2-3 çay gaşığı duru yağ əlavə edin və tavanın hər tərəfinə kağız bez ilə yayın. Beləliklə həmdə yağın artığını kağız bez canına çəkəcək. İsti tavaya kiçik bir çömçə iıə xəmirdən hissə-hissə tökün və hər iki tərəfi yüngül gızaranadək bişirin. Fransız krepləri çox nazik olmalıdır, xəmiri birdəfəyə çox tökməyin ki, galın olmasın. Və nazik oldugları üçün kreplər tez guruya bilər. Odur ki, soyuyandan sonra üzərinə streç çəkin yada ağzı bağlı bir gabda saxlayın.
Hazır kreplərin üstünə şəkər kirşanı səpin.

Nuş olsun!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png