ONN İnformasiya Agentliyi

Gələn ildən maaşınızdan əlavə pul tutulacaq – MƏBLƏĞ

Gələn ildən maaşınızdan əlavə pul tutulacaq – MƏBLƏĞ
06 Dekabr 2021 - 11:51

Ölkə üzrə əhaliyə icbari tibbi sığorta xidməti göstərilir və əməkhaqqıdan 1% vəsait tutulur. Bu məbləğ isə gələn ildən 2% olacaq.

Milli Məclisin deputatı Soltan Məmmədov sözügedən dəyişiklik haqqında danışıb. O bildirib ki, icbari tibbi sığorta üçün həm işə götürən, həm işçilərdən yığılan bu sığorta haqqı keçmişdə mövcud olan qeyri-rəsmi ödəmələrin qarşısını alacaq: “Həm işə götürən, həm də işçinin ödəyəcəyi 2% haqq ötən il qeyri-dövlət təşkilatları üçün bir güzəşt olaraq 1% həcmində saxlanılmışdı”. 

Deputatın sözlərinə görə, növbəti ildən artıq icbari tibbi sığortanın əsas konsepsiyası olan sığorta yığımları və eyni zamada dövlət büdcəsi tərəfindən ilkin xidmətlər zərifini tam əhatə etmək üçün kifayət qədər dövlət büdcəsindən maliyyə ayrılır: 
“Bu gün icbari tibbi sığorta sisteminin tətbiqi zamanı müxtəlif güzəştlər nəzərədə tutulur. Belə ki, istənilən halda vətəndaşın öz yaşadığı ünvanda olan və ya ondan kənarda olan tibb müəssisəsinə müraciətində əlavə ödəmələr nəzərədə tutulmuşdu. Əhalinin sosial rifahının yaxşılaşdırılması və güzəştlər səbəbindən həmin tələb olunan əlavə ödəmələr də aradan qaldırılıb”. 

“Vətəndaş öz ərazisindəki tibb müəssisəsinə müraciət edərək sonrakı tibbi xidmətin alınması üçün müvafiq digər tibb müəssisəsinə göndəriş ala bilər. Həmçinin öz arzusu ilə yaşayış yerindən kənar tibb müəssisəsinə müraciət etdikdə əlavə ödəniş tələb olunmayacaq”, – deyə S. Məmmədov əlavə edib. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png