ONN İnformasiya Agentliyi

Hacı Şahindən XƏBƏRDARLIQ: Kütləvi iftar mərasimləri…

Hacı Şahindən XƏBƏRDARLIQ: Kütləvi iftar mərasimləri…
12 Aprel 2021 - 16:34

Pandemiya dövründə ikinci Ramazan ayını qeyd etməyə hazırlaşırıq. Hazırda karantin rejimi davam edir, odur ki, kütləvi tədbirlərin keçirilməsi və iftar süfrələrinin təşkili imkansızdır. Məhdud sayda olmaqla yaxınlarınızla bir masa ətrafına toplaşıb iftar edə bilərsiniz.

ONN media  xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şöbə müdiri, ilahiyyatçı Hacı Şahin deyib.

İlahiyyatçı kütləvi iftar süfrələrinə xərclənən pulları pandemiya dövründə yardım aksiyalarına verməyi tövsiyə edib.

Onu da bildirib ki, geniş şəkildə iftar mərasimlərinin təşkil olunması isə yoluxmanın artmasına gətirib çıxara bilər: “Eyni zamanda, məscidlərdə kütləvi ayinlər icra olunmayacaq, xütbələr onlayn şəkildə oxunacaq. İnsanlar bu çıxışlara evlərindən internet vasitəsilə qoşula biləcəklər. Ramazan ayı karantin rejiminin şərtlərinə uyğun olaraq keçiriləcək. Kütləvi iftar mərasimlərinə xərclənən vəsaiti xeyriyyə məqsədlərinə verməklə yardım aksiyalarına qoşulmaq olar”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png