Hadisənin sevgilisindən İLK ETİRAF

Müğənni Hadisənin sevgilisi Mehmet Dinçerler münasibətləri haqqında danışmaq istəmədiyini deyib.

ONN media xəbər verir ki, iş adamı dünən Nişantaşında bacısı ilə görüntülənib. Kameraları görən Mehmet jurnalistlərə “Yanımdakı bacımdır, lütfən, yanlış heç nə yazmayın” deyərək xəbərdarlıq edib.

Hadisə ilə bağlı suallardan yayınan iş adamı “Şəxsi həyatım haqqında danışmaq istəmirəm, heç nə deməyəcəm, istədiyiniz kimi yazın” deməklə kifayətlənib.