ONN İnformasiya Agentliyi

Hazal Kaya Bakıya gəlir

Hazal Kaya Bakıya gəlir
13 Yanvar 2022 - 14:32

Türkiyəli kinoulduz Hazal Kaya “Benden Ne Olur?” adlı yeni filminin təqdimatı üçün Azərbaycana gələcək.

ONN media xəbər verir ki, bu barədə “Park Cinema” məlumat yayıb.

Bildirilib ki, filmin qala gecəsi 21 yanvar saat 19:00-da “Park Cinema Flame Towers”də baş tutacaq.

Qeyd edək ki, bu filmdə Hazal Kaya ilə yanaşı, Onur Tuna, Nur Fettahoğlu və digər aktyorlar da çəkilib. 

Hazal Kaya “Adını Feriha Koydum” və “Bizim Hikaye” seriallarında çəkildiyi rollara görə Türkiyənin ən məşhur aktrisalarının birinə çevrilib. 2016-cı ildə “Most Beautiful Women in The World” internet saytı onu dünyanın ən gözəl qadınları arasında beşinci yerə layiq görüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png