Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə dünyanın bir çox ölkələrində anım tədbirləri keçirilib,ulu öndərin adını daşıyan məkanlar ziyarət olunub, abidələri önünə gül-çiçək dəstələri qoyulub.
Ümummilli liderin xüsusi təşəbbüsü sayəsində Azərbaycanla sıx dostluq və tərəfdaşlıq münasibətləri olan Rusiyanın Həştərxan vilayətində də bir sıra anım tədbirləri keçirilib.Vilayətin rəsmi şəxslərinin də qatıldığı bu tədbirlərdə Heydər Əliyevin abidəsi ziyarət olunub, onunla bağlı xatirələrdən söz açılıb.
Elə həmin gün Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi adından Həştərxan şəhərində fəaliyyət göstərən “Yunost” valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım mərkəzinin üzvlərinə müxtəlif sovqatlar təqdim edilib.Qeyd edək ki, Mərkəzdə valideyn himayəsindən məhrum olmuş 56 uşaq qeydə alınıb.
Axşam isə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi adından şəhərdə yaşayan “Bakı” otelində iftar süfrəsi təşkil olunub.