ONN İnformasiya Agentliyi

Heyva mürəbbəsi resepti

Heyva mürəbbəsi resepti
27 Dekabr 2020 - 21:29

Tərkibi:
1 litrlik banka üçün
1 kilo çəkirdəyi çıxarılmış heyva (təxminən 4-5 ədəd)
1 stəkan su
Bir çimdik limon duzu

Hazırlanması:
1. Heyvaları yarıya bölüb, sonra isə hər yarını iki hissəyə bölün. İçlərini kəsib atın. Nə nazik, nə də ki çox qalın olan dilimlərə doğrayın – təxminən 0.5 sm qalınlığında. Bunun üçün ya ziqzaqlı bıçaqdan ya da adi bıçaqdan istifadə edə bilərsiniz.
2. İndi isə heyvanı çəkin – hər kiloya bir kilo şəkər tozu istifadə edəcəyinizə görə, gərək ölçülər üst-üstə düşsün.
3. Heyvanı, şəkər tozunu və suyu ləyənə qoyun. Orta hərarətdə bişirin. Arada bir qarışdırın. Kəf yığılarsa, kəfkirlə yığın.
4. Mürəbbə təxminən 50 dəqiqə – 1 saatdan sonra hazır olmalıdır. Hazır mürəbəınin rəngi narıncı-qırmızıtəhər olmalıdır, şirəsi isə bir qədər qatılaşmalıdır.
5. Mürəbbə hazır olmazdan 5 dəqiqə qabaq, ona limon tuzu əlavə edib bişirin.
6. Mürəbbə soyuduqdan sonra onu bankaya yığın.

Nuş olsun!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png