İcra başçısı müavinini işdən çıxardı

Ağsu şəhər İcra Hakimiyyətinin başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mirqubat Oruc oğlu Orucov tutduğu vəzifədən azad edilib.

ONN media xəbər verir ki, bununla bağlı Ağsu şəhər İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov müvafiq əmr imzalayıb.

Onun yerinə hələlik təyinat yoxdur.