ONN İnformasiya Agentliyi

İki ölkə sərhədində vəziyyət sabitləşir, qoşunlar GERİ ÇƏKİLİR

İki ölkə sərhədində vəziyyət sabitləşir, qoşunlar GERİ ÇƏKİLİR
02 May 2021 - 10:44

Qırğız Respublikası və Tacikistan sərhəddə silahlı konflikt zonasından hərbi qulluqçuların və hərbi texnikanın aparılmasına başlayıblar.

ONN media  xəbər verir ki, bu barədə Qırğız Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti bildirib.

“Tərəflər əlavə qüvvələri və vasitələri dövlət sərhəd xəttindən daimi yerləşmə məntəqələrinə çıxarmağa başladı”, – xəbərdə deyilir. Sərhəd şöbəsindən verilən məlumata görə, sərhəddə vəziyyət sabit olaraq xarakterizə edilir, ötən gecə heç bir insident və ya atışma qeydə alınmayıb.

“Sərhəd bölmələri gücləndirilmiş rejimdə xidmət aparır”, – xəbərdə vurğulanır. / “Report”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png