ONN İnformasiya Agentliyi

“Instagram”a çoxdan gözlənilən funksiya əlavə edildi

“Instagram”a çoxdan gözlənilən funksiya əlavə edildi
12 Yanvar 2022 - 9:49

“Instagram”a çoxdan gözlənilən funksiya əlavə edilib.

ONN media xəbər verir ki, bu barədə tərtibatçı Alessandro Paluzzi “Twitter”də məlumat verib.

Məlumata görə, bundan sonra profildəki fərdi paylaşım şəbəkəsini redaktə etmək, paylaşımları istənilən ardıcıllıqla düzmək mümkün olacaq.

Onun sözlərinə görə, hazırda funksiya məhdud sayda istifadəçi üçün əlçatan olsa da, tezliklə geniş auditoriyaya təqdim ediləcək.

İstifadəçilər paylaşıların yerini dəyişdirə, bəzilərini isə “Twitter” profillərində və “Telegram” kanallarında olduğu kimi yuxarıya “bərkidə” biləcəklər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png