İpoteka ilə ev almaq istəyənlərə şad xəbər
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ipoteka müvəkkil banklara yeni limitlər ayırıb.
ONN media -ya bu barədə Fonddan bildirilib.
Məlumata görə, limitlər yanvarın 17-də, saat 11:00-da aktivləşdiriləcək.
Xatırladaq ki, bu günə qədər İKZF 36 838 borcalana 2 milyard 000,674 milyon manat kredit verib.