ONN İnformasiya Agentliyi

Kadırovun şəxsi nümayəndəsi həbs edildi – ŞOK SƏBƏB

Kadırovun şəxsi nümayəndəsi həbs edildi – ŞOK SƏBƏB
27 Oktyabr 2021 - 14:23

Sankt-Peterburqun yol polisi Çeçenistan rəhbəri Ramzan Kadırovun Şimal-Qərb Federal Dairəsindəki nümayəndəliyinin rəhbəri İslam Xızrıyevdən narkotik aşkar edib. 

ONN media xəbər verir ki, bu barədə “47news” portalı məlumat yayıb .

Bildirilir ki,  hadisə  oktyabrın 26-da baş verib. Yol polisi əməkdaşları Xızrıyevin idarə etdiyi dəbdəbəli “Porsche Cayenne Turbo” markalı avtomobili saxlayıblar. Onun “kifayət qədər adekvat vəziyyətdə olmadığı” dəqiqləşib və  bu səbəbdən polis əməkdaşları avtomobildə  axtarış aparmaq qərarına gəliblər. Nəticədə Xızrıyevdən 3 qram narkotik psixostimulyator götürülüb.

Tibbi müayinə zamanı Xızrıyevin qanında narkotik qalıqları olduğu müəyyən edilib. Onun barəsində iki sutka həbs cəzası seçilib.

Bundan əvvəl isə Kadırovun şəriki, Qroznıdakı “Sever” alayının keçmiş komandiri Rəhman Abdulqədirov Moskvada narkotik sərxoşluğu vəziyyətində yaxalanmışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png