ONN İnformasiya Agentliyi

Kollec direktoru tələbələrdən üzr istədi və cəzalandırıldı

Kollec direktoru tələbələrdən üzr istədi və cəzalandırıldı
19 Fevral 2021 - 14:10

Sosial mediada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tabeliyində fəaliyyət göstərən Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralovaya aid olunan səs yazısı yayılıb.

ONN media bildirir ki, bununla bağlı məsələ universitet rəhbərliyi tərəfindən araşdırılıb və kollec direktorundan izahat alınıb:

“Müəyyən olunub ki, qeyd olunan səs yazısı kollecin məsafədən təşkil olunan imtahanlarından biri zamanı yazılıb və burada kontekstdən çıxarılıb. Bununla belə, kollec direktoru onlayn imtahan zamanı işlətdiyi ifadəyə görə tələbələrdən üzr istəyib. Kollec direktoru ilə bağlı inzibati tənbeh tədbiri görülüb”.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png