Kreml miqrantların azlığından şikayətləndi

Rusiyada miqrantların sayı son bir ildə əhəmiyyətli şəkildə azalıb.

ONN media xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, miqrantların sayının yetərli olmaması ucbatından ambisiyalı layihələrin reallaşdırılmasında problemlərin yarandığını bildirib.

Kreml sözçüsü miqrantların sayının çoxluğunun Rusiya üçün təhdid yaradacağı sualını cavablandırmaqdan imtina edib.