ONN İnformasiya Agentliyi

Lənkəranda ağır qəza – ÖLƏN VAR

Lənkəranda ağır qəza – ÖLƏN VAR
16 Sentyabr 2021 - 17:27

Lənkəranda avtomobil aşıb, bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

Hadisə Nərimanabad qəsəbəsi ərazisində baş verib.

Belə ki, Lənkəran istiqamətində hərəkətdə olan “VAZ 21099” markalı 42-CA-210 dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq çökəkliyə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə sərnişin olan Liman şəhər sakini 1984-cü il təvəllüdlü Fariz Mövsün oğlu Sadıqov təcili yardımın köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, ölən şəxs Lənkəran Rayon Qaz İstismar İdarəsinin əməkdaşı Məzahir Ağayevdir. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomoya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png