ONN İnformasiya Agentliyi

Məktəbdən “Son zəng”ə görə pul yığılır? AÇIQLAMA

Məktəbdən “Son zəng”ə görə pul yığılır? AÇIQLAMA
16 May 2022 - 22:36

Bakı şəhərində fəaliyyət göstərən məktəblərdən birində pul yığılması iddia olunub. Belə ki, Mikayıl Müşfiq adını daşıyan 18 nömrəli tam orta məktəbin direktoru Rəna Süleymanovanın “Son zəng”də məzunlar üçün birinci sinif şagirdlərindən 70 manat pul yığıldığı bildirilib.

ONN media xəbər verir ki, oxu.az məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, idarə tərəfindən müvafiq araşdırma aparılır:

“Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Təhsil müəssisələrinin fəaliyyətinə uyğun olmayan hallara qarşı müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png