ONN İnformasiya Agentliyi

Məktəblərdə “Son zəng” bu formada keçiriləcək – QAYDALAR

Məktəblərdə “Son zəng” bu formada keçiriləcək – QAYDALAR
11 İyun 2021 - 21:23

Azərbaycanda bütün ümumi təhsil müəssisələrində “Son zəng” tədbirlərinin təşkili qaydası müəyyənləşib.

Bununla bağlı Təhsil Nazirliyi tərəfindən rayon və şəhər təhsil şöbələrinə müvafiq tapşırıqlar verilib.

Belə kı, Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığını nəzərə alaraq cari tədris ili üzrə “Son zəng” tədbirinin 14 iyun 2021-ci il tarixində aşağıda göstərilmiş qaydalara əməl edilməklə təşkil edilməsinə icazə verilir:

– Tədbirin ümumi təhsil müəssisəsinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində bir saatdan artıq olmamaqla keçirilməsi;

– Yalnız ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimin iştirakı ilə keçirilməsi;

– 11-ci sinif şagirdlərinin sayı 100-dən çox olan ümumi təhsil müəssisələrində iki mərhələdə günün müxtəlif vaxtlarında keçirilməsi.

Eyni zamanda bildirilir ki, tədbirin qapalı məkanlarda (akt zalları, idman zalları, sinif otaqları, məktəbin foyesi və s) təşkil edilməsinə və tədbirdə valideynlərin iştirakına icazə verilmir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png