ONN İnformasiya Agentliyi

Mərkəzi Bankın yeni binası neçə mərtəbə olacaq?

Mərkəzi Bankın yeni binası neçə mərtəbə olacaq?
14 Yanvar 2021 - 13:49

Azərbaycanda tikintisi planlaşdırılan Mərkəzi Bankın yeni inzibati binası 37 mərtəbədən ibarət olacaq.

ONN media xəbər verir ki, bunu tikintini həyata keçirəcək “Tekfen İnşaat” şirkətinin baş direktoru Mustafa Kopuz deyib.

O bildirib ki, 67 981 kvadrat metr ərazidə inşa olunacaq binanın tikintisi 3 il davam edəcək:

“Bakının Heydər Əliyev prospektində yerləşəcək binanın hündürlüyü 168 metrə bərabər olacaq”.

Qeyd edək ki, binanın tikitinsinə 218 milyon avro vəsait ayrılacaq. “Tekfen İnşaat” şirkəti “SOCAR Tower” və Bakı Olimpiya Stadionunun tikintisini həyata keçirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png