ONN İnformasiya Agentliyi

Məscidlər açılır? – RƏSMİ

Məscidlər açılır? – RƏSMİ
01 Fevral 2021 - 19:51

Bir neçə gündür pandemiya dövrünün özünə xas sərt qayda-qanunlarının yumşaldılması sosial şəbəkələrdə bəzi inanclı kəsimləri də hərəkətə gətirib. İnanclı insanlar bir sıra iaşə obyektlərinin və digər insanların sıx olduğu məkanlarda sosial fəaliyyətin normallaşmasını əsas gətirərək ibadətgahların və məscidlərin də fəaliyyətinə icazə verilməsi məsələsini müzakirə edirlər.

Bir qrup insan yaranmış vəziyyətə uyğun olaraq məscidlərin ibadətə açılmasını məqsədə uyğun sayır. Bəzi inanclı insanlar isə pandemiyanın dünyada sonunun gəlmədiyini əsas gətirərək bir müddət bağlı qalmasını düzgün hesab edir. Hər iki kəsim məscidlərin açılması və ya hələ bir müddət bağlı qalması ilə bağlı müəyyən əsaslar səsləndirirlər.

Bəs məscidlər nə zaman açılacaq?

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Mətbuat Xidmətinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadənin İnformasiya məsələləri üzrə Müşaviri Rəhimə Dadaşova ilə əlaqə saxladıq.

Rəhimə Dadaşova ONN media -ya açıqlamasında bildirib ki, məscidlərin və dini məkanların ibadətgaha nə zaman açılacağı ilə bağlı onlarda hər hansı bir məlumat yoxdur: “Bu məsələləri Nazirlər Kabineti yanında Operativ Qərargah gündəmə gətirir və bununla bağlı qərar qəbul etmək səlahiyyəti onlara məxsusdur. Bu haqda bizdə hər hansı bir məlumat olarsa, ictimaiyyətə məlumat verəcəyik”.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovun məsələ ilə bağlı cavabı qısa və konkret olub: “Məndə bu haqda hər hansı məlumat yoxdur, bu haqda heç bir şey deyə bilmərəm”.

Görünən və gəlinən nəticə ondan ibarətdir ki, bu gedişlə hələ bir müddət məscidlərin və ibadətgahların qapısı inanclı insanların üzlərinə bağlı qalacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png