ONN İnformasiya Agentliyi

Masamələri bu yağlarla sıxlaşdırın

Masamələri bu yağlarla sıxlaşdırın
25 Sentyabr 2021 - 1:35

Arıqlayarkən dərinin deformasiyaya uğramasının, yaş artdıqca dəri sallanmasının qarşısını almaq üçün bitki yağlarından istifadə edə bilərsiniz. 

Sistemsiz dəriyə qulluq, kimyəvi kosmetik məhsullar, yaşın artması və ya həddindən artıq makiyaj səbəbiylə cilddə bəzi problemlər ortaya çıxır. Estetik əməliyyat etdirmədən ev şəraitində bu problemlərdən qurtulmaq üçün lazım olan vasitələri təqdim edirik

Portağal yağı

Tərkibindəki vitamin və minerallar sayəsində dərinizi sıxan və gərən portağal yağı müntəzəm istifadə edildikdə təsirli olur. Bir parça pambığı isladın, üzərinə az miqdarda portağal yağı damladın və silin. Bu üsuldan 2 gündə bir dəfə müntəzəm olaraq istifadə edə bilərsiniz. Dəriniz həssasdırsa, mütəxəssislər tərəfindən həftədə bir dəfə tətbiq edilməsi tövsiyə olunur.

Adi dazı yağı

Dəri hüceyrələrinin sürətli bərpasını təmin edən bu yağı yara və yanıq müalicələrində çox təsirlidir. Yağın dəriyə nüfuz edə bilməsi üçün barmağınıza bir damla adi dazı yağı damladıb üzünüzü masaj edin. Həftədə bir dəfə təkrarladığınız zaman dəriniz zamanla daha sıx və hamar olacaq. Qırmızılıq və allergiya kimi hallarda yağdan istifadə edilməməlidir.

Fındıq yağı

Dərini sıxan və çatlamanı önləyən təsirləri ilə tanınan fındıq yağını barmağınızın ucu ilə az miqdarda alaraq üzünüzə çəkin.

Yosun yağı

Dərinizi yumşaq bir şəkildə pilinq edən yosun yağı ölü dərini soyaraq parlaq görüntü verir. Onu barmaq ucuna 3 damcı damladıb və cildinizə çəkin. 2 saatdan sonra durulayın və prosesin sonunda nəmləndirici tətbiq edin. Həftədə yalnız bir dəfə istifadə etməlisiniz.

Avokado yağı

E vitamini ilə zəngin olan avokado yağı su və ya sabit yağla yumşaltdıqdan sonra dəriyə çəkilməlidir. Yaş pambığın üzərinə bir neçə damcı avokado yağı damladıb dərinizə çəkin. Həftədə 2-3 dəfə müntəzəm istifadə etsəniz, qısa müddətdə təsirini görə bilərsiniz.

Yasəmən yağı

Yasəmən yağı hüceyrə yenilənməsi və möhkəmləndirici təsirləri ilə bilinir. 5-6 damcı yağı nəmli pambıq köməyi ilə ölçüsünü kiçiltmək istədiyiniz məsamələrin üzərinə çəkin. Bu prosesi 2 gündə bir dəfə tətbiq edin.

Çiyələk yağı

Sıxlaşdırıcı və qidalandırıcı xüsusiyyətləri ilə məsamələrdə çox təsirli yağdır. Çiyələk yağını dəriyə sürərkən az miqdarda nəmlənmiş pambıq köməyi ilə tətbiq olunmalıdır. Həftədə 2 və ya 3 dəfə istifadə oluna bilər.

Küncüd yağı

Təbii antioksidanlar ehtiva edən və yağ turşuları ilə zəngin olan küncüt yağı dərinin yaşlanmasının qarşısını alır və dəri hüceyrələrinin daha sağlam işləməsini təmin edir. Su ilə yumşaldıb masaj edərək üzünüzə çəkin. Bu üsuldan həftədə bir dəfə istifadə edin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png