ONN İnformasiya Agentliyi

“Mayda toy etmək olmaz” mifi dağılır – batil inancdan necə tam qurtulaq?

“Mayda toy etmək olmaz” mifi dağılır – batil inancdan necə tam qurtulaq?
04 May 2022 - 22:54

Hər xalqın özünəməxsus adət-ənənələri var. Bəzi adətlərin yaranma səbəbi və ya etimalogiyası məlumdur. Bəzilərinin isə nədəni, arxasındakı gizlinlər bəlli deyil. Heç bir əsasını da tapmaq olmur.

“Ölkə.Az”ın musavat.com-a istinadən məlumatına görə, Azərbaycanda səbəbi bilinməyən “adət”lərdən biri də may ayında toy, nişan və xeyir işlərin təşkil olunmamasından çəkinməkdir. Təbiətin canlandığı, havaların isindiyi ay olmasına baxmayaraq, əksəriyyət mayı “ağır ay” hesab edir.  Halbuki may ayı nə tibbi, nə dini, nə də elmi tərəfdən nəhs ay sayılmır.

Bəs may nəyə görə “ağır ay” kimi bilinir? Bunun bizim xalqımızla bir əlaqəsi varmı?

Romalılarda, ruslarda da belə bir fikir var ki, “v maye budeş mayatsa”. Yəni mayda əziyyət çəkəcəksən. Bu isə xristianlığın adət-ənənələrindən hesab edilir. Rusların inancına görə, toyu mayda olanlar ömür boyu əziyyət çəkəcəklər. İnanc kimi təkcə ruslarda, yəhudilərdə, xristianlarda yox, başqa xalqlarda da may ayında toy keçirilmir.

Bütün hallarda, Azərbaycan xalqında may ayının “ağır ay” olması ilə bağlı yaranmış inancı digər ölkələrdən qaynaqlanır. Hətta bununla bağlı dəfələrlə televiziya və radioda təbliğat işi aparılıb. İnsanlar arasında formalaşmış yanlış fikri aydınlaşdırmağa çalışıblar… Buna qismən nail olunub, desək yanılmarıq.

Bu il may ayında Azərbaycanda toylar keçiriləcək.

308521Bunu sorğu da təsdiqləyir. “Xəzinə Palace” şadlıq sarayının məsul şəxsi bildirib ki, hazırda ümumən toyla bağlı müraciətlərin sayı azalıb:

“Xeyir iş edənlərin sayı hər il bu vaxtlarda digər aylara nisbətən azalır. Hazırda xeyir işlər üçün iyun və iyul aylarına yazılanlar daha çoxdur. Lakin toy edənlərin sayı yox səviyyəsində deyil, mayda bir neçə toyumuz var”.

“Rich Palace” şadlıq sarayının məsul şəxsi isə bildirib ki, mayla bağlı deyilənlərin hamısı batil inanclardır:

“Əvvəl necədirsə, indi də elədir. Xeyir iş edənlərin sayında heç bir dəyişiklik yoxdur”.

Şadlıq saraylarının da açıqlamasından görünür ki, insanlar arasında formalaşmış inanca əhəmiyyət verən yoxdur. Nəhayət ki, son illərdə əhali may ayını toy etmək üçün çox əlverişli ay hesab edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png