ONN İnformasiya Agentliyi

Mehriban Əliyeva göstəriş verdi, İŞ BAŞLADI

Mehriban Əliyeva göstəriş verdi, İŞ BAŞLADI
02 İyul 2021 - 12:23

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərhum Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması xərclərini öz üzərinə götürüb.

ONN media bildirir ki, bunu “Report”a açıqılamasında Xalq şairinin qızı Yaqut Yaqubova bildirib.

Onun sözlərinə görə, iyulun 1-də ailə ilə əlaqə saxlanılaraq məlumat verilib: “Bizə deyildi ki, heç nə etməyək, Mehriban xanım bu məsələni üzərinə götürüb. Artıq iş başlayıb”.

Qeyd edək ki, M.Yaqub mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə dünyasını dəyişib. O, kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png