ÖMRÜM-GÜNÜM
- Sən yorğun həyatımın hüzur dolu nəşəsi
- Sən əlçatmazımsan ən gözəl payımsan ömrüm-günüm
- Sən illərdir eşqinçün yanan qəlbin təşnəsi
- Sən sönməyən ulduzum, ayımsan ömrüm-günüm
- Qəlbimdəki arzular sevgimizdən güc alır,
- Biz daha xoşbəxtlikdən danışırıq ömrüm-günüm
- Xəyalımda arzular gözlərimdə canlanır,
- Şükür ki illər sonra qovuşuruq ömrüm-günüm
- Mən Səninlə səadətə inanmışam əzəldən
- Səninlə mənim dünyam dəyişib ömrüm-günüm
- Saçlarıma gənc yaşımda düşübsə də bircə ağ dən
- Ancaq ruhum ruhunla çox gəncləşib ömrüm-günüm
- Mən ən böyük savabı Səni sevməklə etmişəm
- Yaralanmış qəlbimə məlhəmsən sən ömrüm-günüm
- Sənmi gec gəldin ömrümə, yoxsa mən gecikmişəm?
- Daha sən varsan məndən uzaqdı qəm ömrüm-günüm
- Yaxınlaşır şad günümüz tutub zərif əllərini
- Yol alırıq səadətə həsrət bitir ömrüm-günüm
- Sənlə yeni yazılır ömrümün hər səhifəsi
- Neçə ilin hicranı sona yetir ömrüm-günüm
NADİR QÜDRƏTOĞLU