ONN İnformasiya Agentliyi

NATO bal istehsalına BAŞLADI: onlara da bir banka verilib

NATO bal istehsalına BAŞLADI: onlara da bir banka verilib
20 Dekabr 2021 - 21:58

NATO-nun Brüsseldəki mənzil-qərargahı orqanik bal istehsalına başlayıb.

ONN media  TASS-a istinadla xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, alyansın qərargahının ərazisində üç arı pətəyi arıxanasının yerləşdirilməsi üzrə təcrübə hələ 2020-ci ildə başlayıb.

Əgər keçən il NATO-da arılar cəmi 25 kq-a yaxın bal toplayıblarsa, bu il bu göstərici 60 kq olub.

Bu da 2021-ci ilin bal istehsalı üçün uğursuz hesab edildiyi Belçika üçün yüksək göstəricidir.

Brüsselin şimal-şərqində yerləşən alyansın yeni qərargahının ərazisi 600 hektardan çox ərazini əhatə edir. Belə ki, burada qərargah kompleksinin özündən (250 000 kvadratmetr ofis sahəsi), dayanacaqlardan, helikopter meydançalarından və yardımçı binalardan əlavə, öz kiçik arıxanası üçün yer də var.

350 qutuya qablaşdırılan məhsulun əsas hissəsi noyabr ayında NATO-nun ənənəvi xeyriyyə bazarında satılıb. Baş katib Yens Stoltenberq də dekabrın 15-də Şimali Atlantika Şurasının iclasında bütün 30 NATO ölkəsinin alyansdakı daimi nümayəndələrinə bir banka NATO balı hədiyyə edib. Qalanı isə alyansın baş qərargahında yeməkxanalara xidmət göstərən şirkətlər alıb.

NATO-nun mətbuat xidməti qeyd edib ki, arılar ekosistemlərin sabitliyinə müsbət təsir göstərdiyindən alyans onların mühafizəsinə böyük diqqət yetirmək niyyətindədir və bu ildən arıçılıq üzrə seminarlar keçirməyə başlayacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png