ONN İnformasiya Agentliyi

Nazir istilik problemi olan məktəblərdən danışdı

Nazir istilik problemi olan məktəblərdən danışdı
02 Dekabr 2021 - 13:43

Bəzi təhsil müəssisələrinə istilik verilməsində problemlər var.

ONN media  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, hazırda 60 faizə qədər məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunub: “Region məktəbləri alternativ odun və yanacaqla qızdırılır. Bakıda məktəblərin əksəriyyətində bu problem aradan qaldırılıb. Əgər Bakıda istilik problemi olan 67 məktəb var idisə, hazırda bu say 20-ə qədər endirilib. Təbii ki, hər məktəbdə problem ola bilər və səbəblər müxtəlifdir. 4400 məktəbimiz varsa, bir neçəsində problem olması labüddür”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png