ONN İnformasiya Agentliyi

Nazirlikdən bu ölkəyə gedənlərə XƏBƏRDARLIQ

Nazirlikdən bu ölkəyə gedənlərə XƏBƏRDARLIQ
10 İyun 2021 - 12:32

Səhiyyə Nazirliyi Küveytə səfər edən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən  bildirilib ki, həmin ölkəyə səfər edənlər ehtiyatlı olmalıdır.

Məlumatda qeyd olunub ki, Azərbaycanın Küveytdəki səfirliyindən daxil olmuş məlumata əsasən, Küveyt Hökumətinin mayın 2-də tətbiq etdiyi qaydalara əsasən, həkim resepti olmadan “Lyrica” və “Neurontin” dərman vasitələrindən istifadə edənlər 5 ilə qədər azadlıqdan məhrum olunacaq:

“Həmin dərman vasitələrin qeyri-qanuni satışı ilə məşğul olanların isə 10 il müddətində həbs olunacağı ilə bağlı xəbərdarlıq edilib”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png