“Nokia” 10 min nəfəri işdən çıxaracaq

Finlandiyanın telekommunikasiya şirkәti olan ‘‘Nokia’’ iki il әrzindә 10 min nәfәrlə əməkdaşlığa son vermәyi planlaşdırdığını açıqlayıb.

Şirkәt bu qәrarın yenidәnqurma planının bir hissәsi olduğunu vә araşdırma sahәsinә daha çox investisiya yatırmaq üçün hәyata keçirilәcәyini bildirib.

‘‘Nokia’’ şirkәtindәn bildirilib ki, yenidәnqurma planı maliyyә xәrclәrini 2023-cü ilin sonunadәk 600 milyon avro azaldacaq.