Omikronla bağlı gərginlik üç ay davam edəcək – ÜST

Koronavirusun Omikron ştammının yayılması ilə bağlı gərginlik qarşıdakı üç ayda davam edəcək.

ONN media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının xüsusi elçisi Devid Nabarro bildirib.

Ekspertin fikrincə, Omikrondan sonra başqa variantlar da ortaya çıxa bilər.

“Ciddi məhdudiyyətlər tətbiq etmək heç bir ölkədə, xüsusilə də kasıb ölkələrdə mümkün deyil. Amma çətinliklər bundan sonra cəmi üç ay davam edəcək”, – deyə ekspert vurğulayıb.