ONN İnformasiya Agentliyi

Orta məktəblərdə kurikulum ləğv edilib? – AÇIQLAMA

Orta məktəblərdə kurikulum ləğv edilib? – AÇIQLAMA
12 Aprel 2022 - 15:47

“Təhsil nazirinin verdiyi əmr kurikulumun ümumuiyyətlə ləğvi demək deyil”. 

Bu sözləri açıqlamasında təhsil eksperti Kamran Əsədov Təhsil naziri Emin Əmrullayevin “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nı təsdiqləməsi ilə bağlı əmrini şərh edərkən deyib. O bildirib ki, köhnə kurikulum işlək olmadığı üçün ləğv edilib:

“Məktəbəqədər təhsil üçün 2010-ci ildə qəbul edilmiş və işləməyən kurikulum ləğv edilib. Kurikulumlar yeni standartlarla yazılacaq. Çünki indiyə qədər olan kurikulum o qədər də effektiv deyildi. Bundan sonra daha çox şəxsiyyətyönümlü,bilikyönümlü kurikulumların tətbiqi nəzərdə tutulur. Ona görə də köhnəsi ləğv dilib. Burada kurkulumun tamamilə ləğvindən söhbət getmir. Çünki 2011-ci ilin dekabrında bağçalar icra hakimiyyətinin tabeliyinə veriləndə onlar üçün kurikulumlar yazılmışdı, amma işləməmişdi. İşlək olmadığına görə, yeni kurikuluma ehtiyac yarandı”. 

Təhsil ekspertinin sözlərinə görə, yeni kurikulumlarda yaş kateqoriyası da var:

“Kurikulum istər orta ümumtəhsil məktəblərində, istər ali təhsil müəssisələrində öyrənmənin yeni yoludur. Artıq indi yeni standartlarda, qruplara uyğun individual yanaşmanı özündə əks etdirən kurikulumlar yazılacaq. Çünki köhnə kurikulumlar daha çox ibtidai uşaqların hamısı üçün (3-6 yaş) eyni formada nəzərdə tutulmuşdu. Amma yenisində yaş kateqoriyası var. Məsələn, 1-2 yaşda olanlar üçün bir, 3, 4, 5 və 6 yaşlardakı uşaqların hərəsi üçün isə ayrı-ayrı kurikulumlar yazılacaq. Yəni buada kurikulumun təkmilləşdirilməsi nəzərdə tutulur”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png